bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Azərbaycan nefti bir az da ucuzlaşdı

891 oxunma | Tarix: | 3 il öncə

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 7-də 48,83 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,9 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 7-də 48,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,92 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 7-də 45,77 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,98 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə iyunun 7-də 47,22 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,02 dollar/barel çoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir