Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili ABŞ-ın yeni prezidenti Donald Trampın andiçmə mərasimində iştirak edəcəyini açıqladı.
Bizimxeber.az bildirir ki, bu barədə o, bu gün jurnalistləri qəbul etdiyi yeni ofisində məlumat verib.
“Bizim bu təcriddən çıxmaq üçün bir yolumuz var. Məndə bu rol var. Xarici tərəfdaşlarımızla demək olar ki, hər gün əlaqə saxlayıram. Bu gün təsdiq edirəm ki, mən prezident Trampın inauqurasiyasına gedəcəm. Co Vilsonun dəvəti ilə Vaşinqtonda olacağam”, - Salome Zurabişvili bildirib.