Zurabişvili seçkilərin nəticələrini tanımadı

Gürcüstan Prezidenti Salome Zurabişvili vətəndaşları bazar ertəsi Tbilisidə parlament binası qarşısında parlament seçkilərinin nəticələrinə etiraz etməyə səsləyib.

Bu haqda “Sputnik Georgia” məlumat yayıb.

Brifinqdə çıxış edən S.Zurabişvili aksiyanın dinc xarakter daşıyacağını bildirib. “Sabah axşam saat 7-də (Bakı vaxtı ilə saat 19:00-red) hamınızı Rustaveli prospektinə dəvət etmək istəyirəm ki, biz birlikdə dünyaya və özümüzə bu seçkiləri tanımadığımızı bəyan edək”.

Zurabişvili seçkilərin nəticələrini tanımadığını da bəyan edib.