Gürcüstan prezidenti Salome Zurabişvili dekabrın 29-da dövlət başçısının səlahiyyətləri başa çatdıqdan sonra mandatını təhvil verməmək niyyətini təsdiqləyib.
Bizimxeber.az bildirir ki, bu gün müsahibəsində gürcü lider mövqeyinin qüvvədə qalıb-qalmadığı sualına cavab verib.
Bəli, heç nə dəyişməyib ”, - Zurabişvili bildirib.
O, yeni parlament seçkiləri keçirilməyənə qədər mandatından imtina etmək fikrində olmadığını vurğulayıb. Zurabişvili həmçinin Avropa İttifaqını etirazçıları dəstəkləməyə çağırıb, “Gürcü Arzusu” ilə təmasların olmadığını bəyan edib.