"Gürcüstanda baş verən son hadisələrə Qərbin reaksiyası “kafi deyil”.
Bizimxeber.az bildirir ki, bu barədə Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili Münhen Təhlükəsizlik Konfransında deyib.
"Bizim marionet hökumətimiz var ki, yenidən hakimiyyəti ələ keçirib. Xüsusilə namizəd statusu aldıqdan sonra Gürcüstanı Avropa yolundan uzaqlaşdırmaq və Rusiya orbitinə qaytarmaq barədə qərarlar qəbul edir. Bu, çox təhlükəlidir. Mən hələlik avropalı və amerikalı tərəfdaşlarımızın kifayət qədər reaksiyasını görmürəm. Gürcüstan təkcə Gürcüstan deyil, həm də bu, sadəcə olaraq, Qara dənizə nəzarət edən ölkədir", - Zurabişvili qeyd edib.
Müzakirələr zamanı o, Anaklia dərin dəniz limanı layihəsi, NATO və Aİ-nin Gürcüstanda dayandırılmış layihələri barədə də danışıb: "Son vaxtlara qədər, Ukrayna müharibəsinə qədər NATO gəmiləri limanlarımıza daxil olurdu. Bu dayanıb. Rusiya Gürcüstanın işğal olunmuş ərazilərində yeni hərbi baza açacağını açıqlayıb. Anaklia Limanı böyük layihələrdən biridir, çinlilərin nəzarəti nə vaxt ələ keçirəcəyini heç kim bilmir. Heç bir müqaviləni görmürük, məzmununu bilmirik. Bu region Avropa İttifaqı üçün gələcək layihələr, o cümlədən kommunikasiya, enerji sahələrində, Mərkəzi Asiyaya yol açmaq üçün çox vacib idi", - Salome Zurabişvili bildirib.
Müzakirələr zamanı Salome Zurabişvilidən Gürcüstanda davam edən etiraz dalğası, “Gürcü Arzusu”nun cavabı və bu kontekstdə ölkə daxilində hansı strategiyanın mövcud olması barədə sual verilib.
Zurabişvilinin sözlərinə görə, Gürcüstanda əhali dinc şəkildə, özünütəşkil etməklə mitinqlər üçün küçələrə çıxır və strategiyası “müqavimət”, həmçinin mövcud siyasi partiyaların birləşdirilməsi və yeni siyasi qüvvələrin yaradılmasıdır.
"Bu, inqilab deyil və bizim çox şüurlu əhalimiz var, çox dinc və kifayət qədər yaxşı dərk edirik ki, biz inqilabi yolla getməyə imkan verməyən geosiyasi vəziyyətdəyik. Sualınız budur ki, diktaturaya necə qalib gəlmək olar, çünki o, hazırda zəif diktaturadır, biz bunu müqavimət yolu ilə etməliyik - xalqın təşəbbüsü və mənim rolum, yeni siyasi qüvvələrin yaradılması və mövcud siyasi proseslərin daha da gücləndirilməsi üçün deyil Rejim bundan sonrakı strategiyanı müəyyən edəcək, buna qarşı heç bir şey edə bilməz.
Qeyd edək ki, “Gürcü arzusu” hökuməti 2025-ci il Münhen Təhlükəsizlik Konfransında iştirak etmir.