Zurabaşvili - “Ölkədə parlament yoxdur”


Gürcüstan prezidenti Salome Zurabişvili  yalnız hökumətyönlü deputatların iştirakı ilə ilk iclasa toplaşan parlamenti tanımadığını elan edib.

Bizimxeber.az SOVA.news -a istinadən bildirir ki, 

Zurabişvili Gürcüstanın yeni parlamentinin ilk iclasının yekunlarına dair müraciətində noyabrın 25-də bir partiyanın “Gürcüstan Konstitusiyasını cırdığını” və “ölkədə parlamentin olmadığını” bildirib.

O, "üzləri donmuş halda parlamentdə oturan gürcü parlamentarilərinə başsağlığı verib, çünki onlar bilirlər ki, seçkilər saxta keçirilib".

Eyni zamanda, Gürcüstan prezidenti “Gürcü arzusunun aldatmasına və oğurluğuna” qarşı parlamentin qarşısında etiraz aksiyası keçirən və “tezliklə bu ölkədə hakimiyyətin cilovunu ələ keçirəcək” gəncləri dəstəklədiyini bildirib: "Əgər biz hazırlaşırıqsa, o zaman özümüzə, Gürcüstanı tək qoymağa hazır olmayan tərəfdaşlarımıza ümid etməliyik. Və ümid etməliyik ki, bu gələcək bu ölkənindir və o bizimdir!".