Zəngilanda minaya düşənlər arasında DSX giziri də olub

Baş Prokurorluq ANAMA-nın qrup rəhbərinin Zəngilanda minaya düşməsi barədə məlumat yayıb.

Bizimxeber.az xəbər verir ki, məlumatda deyilir:

“Noyabrın 19-u saat 15 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Zəngilan rayonuna ezam olunmuş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1972-ci il təvəllüdlü Vaqif Babayevin və Dövlət Sərhəd Xidmətinin giziri 1999-cu il təvəllüdlü Renat Ağababayevin tank əleyhinə minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları barədə prokurorluğa məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib və digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparılır”.