Zəlzələdə 61 mindən çox insan zərər çəkib

Çinin Tibet Muxtar Bölgəsində 6,8 bal gücündə zəlzələnin fəsadlarından 61 mindən çox insan zərər çəkib. 

Bizimxeber.az bildirir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Zəlzələ nəticəsində 126 nəfər ölüb, 61,5 min nəfər yaralanıb. 

Xatırladaq ki, 6,8 bal gücündə zəlzələ yanvarın 7-də Tibet Muxtar Vilayətinin Şiqatse qraflığının Tinqri qraflığında baş verib.

Bundan əvvəl Çinin İslahatlar və İnkişaf üzrə Dövlət Komitəsi məlumat vermişdi ki, Çin hakimiyyəti Tibet Muxtar Bölgəsində zərər çəkmiş ərazilərin bərpası üçün 100 milyon yuan (13,6 milyon dollar) ayırıb.