"Zəlimxan Yaquba haqsızlıq etdik, şeirini toy mahnısına çevirdik"

"Xalq olaraq Zəlimxan Yaquba böyük haqsızlıq etdik”. 

Bizimxeber.az xəbər verir ki, bunu həkim-cərrah Vasif İsmayıl deyib. O bildirib ki, Azərbaycanın klassik şairlərinin şeirlərinə gözəl romanslar, mahnılar bəstələnib: "Amma Zəlimxan Yaqubun Azərbaycan şeirinin klassikasına çevrilmiş "Bu yaşıl ağacın altı bizimdir" şeirini toy mahnısına çevirdik.

Azərbaycanda sənətə hörmət edən bəstəkar varsa, mütləq bu şeirə ciddi mahnı yazmalıdır”.