Zelenskiyə sui-qəsd hazırlanır - Danilov

Ukrayna Prezidenti Vladimir Zelenskiyə qarşı sui-qəsd hazırlanır. 

Bunu ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib.

“Avqustun 24-də Ukraynanın Müstəqillik Günündə Rusiyanın ölkəmizə qarşı təxribatlarının baş verməsi mümkündür. Onlar təxribatları hər zaman edirlər. Biz bu planları qabaqlayırıq. Demək olar ki, qarşı tərəfin bütün planları haqqında məlumatımız var”, - o vurğulayıb.

A.Danilov əlavə edib ki, bütün proseslər nəzarət altında olmaya bilər:

“Lakin bu, müharibədə normal haldır. Mütəxəssislər düşmənin planlarını aşkar etmək və onlara layiqli cavab vermək üçün daim çalışırlar”.