Zelenskinin təyyarəsi Fransaya düşdü

Ukrayna prezidenti Vladimir Zelenskini daşıyan təyyarəFransanın Normandiyanın Kann şəhərinin hava limanına enib.

Bizimxeber.az bildirir ki, bu barədə “Ouest France” nəşri yazıb

O, Fransaya həyat yoldaşı Yelena ilə gəlib. Ukrayna prezidenti qeyd edib ki, onun mühüm görüşləri və tədbirləri nəzərdə tutulub. 

"Bundan əlavə, biz xüsusi tədbirə - Müttəfiqlərin Normandiyaya desantının 80-ci ildönümünün qeyd edilməsinə qatılmaq şərəfinə nail olacağıq. Bu hadisə və bu gün bizə azadlıq və demokratiya naminə göstərilən cəsarət və qətiyyəti xatırladır. Müttəfiqlər o zaman Avropanın azadlığını müdafiə edirdilər, ukraynalılar o vaxt birlik qazandılar, indi də əsl birlik qalib gələ bilər”, - deyə Zelenski əlavə edib.

O, ABŞ prezidenti Co Bayden və Fransa prezidenti Emmanuel Makronla da görüşlər keçirəcək. Normandiyadakı təntənəli tədbirlərdən ertəsi gün Zelenskinin Parisdə olacağı gözlənilir.

Zelenski Fransanın müdafiə naziri Sebastien Lecornu ilə də görüşəcək və onlar KNDS silah qrupunun Paris yaxınlığındakı artilleriya sursatlarının istehsal olunduğu fabriklərinə baş çəkəcəklər.