Zelenskinin Hudson İnstitutundakı çıxışı ləğv edilib - Reuters

Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-dakı Hudson İnstitutunda planlaşdırılan çıxışı Ağ Evi erkən tərk etdikdən sonra ləğv edilib.

Bizimxeber.az bildirir ki, bu barədə Reuters məlumat yayıb. Çıxışın ləğv edilməsinin səbəbi barədə məlumat verilmir.

Hudson İnstitutu Vaşinqtonda yerləşən Amerika mühafizəkar beyin mərkəzidir. Onun fəaliyyəti qlobal təhlükəsizliyə, iqtisadi inkişafa və azadlığa töhfə verən tədqiqatlara yönəlib.