"Zelenskinin bəyanatları pul və silah dilənmək üçündür" - Medvedyev

"Aşkar fakt ondan ibarətdir ki, Ukrayna tamamilə Qərbin verdiyi pul və silahlardan asılıdır. Qərbin dəstəyi olmadan Kiyev bir gün belə dayana bilməz".

Bizimxeber.az bildirir ki, bunu Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya tərəfi ilə danışıqlardan imtina etməsi ilə bağlı açıqlamalarına münasibət bildirərkən deyib: "Bu məxluq artıq təlxək də deyil, sadəcə sirk itidir, məşqçinin ayaqları altındakı pudeldir, onun əl çalması ilə çığırır".

Medvedev həmçinin qeyd edib ki, Zelenskinin psixoloji problemləri psixiatrik problemlərə çevrilə bilər. Eyni zamanda, Ukrayna prezidentinin mənasız bəyanatları həm də Rusiyanı qorxunc və qaranlıq düşmən kimi təqdim edərək Qərbdən daha çox pul və silah dilənməyə xidmət edir.