Zelenskinin bəyanatına Rusiya XİN-dən cavab

"Vladimir Zelenskinin Rusiya ilə ərazilərin mübadiləsi ilə bağlı dediklərini ciddi qəbul etmək mümkün deyil, bu, paranoyak cəfəngiyyatdır".

Bizimxeber.az bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Qeyd edək ki, Zelenski Guardian-a müsahibəsində Rusiya ilə hansısa ərazi mübadiləsini istisna etmədiyini bildirib. Lakin o, heç bir təfərrüat verməyib.