Zelenskinin ABŞ vitse-prezidenti ilə görüşü təxirə salınıb

Prezident Vladimir Zelenski ilə ABŞ-ın vitse-prezidenti J.D.Vens arasında Münhen Təhlükəsizlik Konfransında keçirilməsi planlaşdırılan görüş təxirə salınıb. 

Məlumatda qeyd olunub ki, bu, görüşün ləğvi deyil, təxirə salınmasıdır. Təxirə salınma qərarı yəqin ki, son anda verilib. 

Konfrans üçün Almaniyaya gedən ABŞ dövlət katibi Mark Rubionu daşıyan təyyarə isə "mexaniki nasazlıq" səbəbindən Merilend ştatına qayıtmaq məcburiyyətində qalıb.