Zelenskini Hitlerə bənzədən Lavrova Almaniyadan cavab

Fransanın Xarici İşlər naziri Jan-İv Le Drian Rusiya Xarici İşlər naziri Sergey Lavrovun İkinci Dünya müharibəsi ilə bağlı açıqlamalarını pisləyib və onları iyrənc manipulyasiya adlandırıb.

Bu barədə Fransa XİN rəhbəri Tvitter səhifəsində məlumat verilib.

“Cənab Lavrovun və onun nazirliyinin İkinci Dünya müharibəsinin vəhşilikləri ilə bağlı tarixi manipulyasiyası sadəcə olaraq iyrəncdir. Mən bu qəbuledilməz və iyrənc ritorikanı qınayıram. Biz Rusiyanın Ukraynadakı müharibəylə bağlı dezinformasiyası ilə mübarizəni davam etdirəcəyik” - Jan-İv Le Drian vurğulayıb.

Xatırladaq ki, Sergey Lavrov İtaliya televiziya şirkətinə müsahibəsində Zelenskinin Hitlərə bənzədiyini bildirmişdi.