"Ukraynanın sözdə təhlükəsizlik zəmanətləri haqqında bəyannaməyə hələ qoşulmayan Avropa İttifaqına üzv olan yeddi ölkəni bu addımı atmağa çağırııq".
Bizimxeber.az “European Pravda”ya istinadən bildirir ki,bunu Ukrayna prezidenti Zelenski deyib.
Zelenski xatırladıb ki, NATO sammitində ilk dəfə iyul ayında G7 dövlətləri tərəfindən elan edilmiş sözdə təhlükəsizlik zəmanətləri Ukrayna Şimali Atlantika Alyansına qoşulana qədər qüvvədə olmalıdır.
"Artıq 20 Aİ dövləti zəmanətlər haqqında bəyannaməyə qoşulub və bu, Avropa Birliyinin digər yeddi dövlətinin də qoşulması güclü addım olacaq. Qoşulmaq üçün atılan hər bir belə addım Rusiyaya sülh və sabitliyə alternativin olmadığına dair aydın siqnaldır”.
O, həmçinin ilin sonuna qədər Kiyevin tərəfdaşlarla “zəmanətlər” üzrə ilk ikitərəfli müqavilələr bağlayacağına dair gözləntilərini ifadə edib.