Zelenski Ukraynadakı müharibənin qışa qədər bitməsini istəyir

Prezident Vladimir Zelenski Ukraynadakı müharibənin qışa qədər bitməsini istəyir. Bizimxeber.az "Reuters"ə istinadən xəbər verir ki, o, bu barədə G7 liderlərinə onlayn müraciəti zamanı bildirib. 

Dövlət başçısı həmçinin, G7 ölkələri liderlərindən Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təmin etməyi, Rusiyaya qarşı sanksiyaları və təhlükəsizlik təminatlarını gücləndirməyi və Ukraynadan taxıl ixracı və müharibədən sonra ölkənin bərpası üçün kömək istəyib.