Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampla görüşmək üçün cümə günü Ağ Evə gəlib.
Bizimxeber.az bildirir ki, ABŞ prezidenti avtomobilindən düşən kimi Ağ Evin eyvanında Zelenski ilə əl sıxıb. Zelenskini Ağ Evdə Amerikanın bütün ştat və ərazilərinin 56 bayrağı, həmçinin ABŞ və Ukrayna bayraqları daşıyan hərbçilər qarşılayıb.
Bu, Zelenskinin Ağ Evə beşinci səfəridir.
Volodimir Zelenski sonuncu dəfə dekabr ayında Parisdə Notr-Dam kilsəsinin yenidənqurmadan sonra açılışı zamanı Trampla şəxsi görüş keçirib. Həmin vaxt Donald Tramp hələ rəsmi olaraq ABŞ prezidenti kimi fəaliyyətə başlamamışdı.
Görüşdən əvvəl Tramp və Zelenskinin mətbuata qısa açıqlamaları, görüşdən sonra isə hər iki prezidentin mediaya açıqlamaları və yerli vaxtla saat 13:00-da (Kiyev vaxtı ilə saat 20:00) birgə mətbuat konfransı keçirməsi planlaşdırılır.
Bundan əvvəl “yerin təki sazişi” adlanan müqavilənin - yenidənqurma investisiya fondunun qaydalarını və şərtlərini müəyyən edən ikitərəfli sazişin imzalanması nəzərdə tutulur.