Ukrayna prezidenti Vladimir Zelenski Pensilvaniya ştatının Butler kəndində seçkiqabağı mitinqdə Ağ Evin keçmiş lideri Donald Trampa qarşı sui-qəsd cəhdini şərh edib.
Bizimxeber.az bildirir ki, Zelenski X-də (Twitter) bəyanat yayıb. Ukrayna prezidenti qeyd edib ki, Trampla bağlı xəbər tutanda dəhşətə düşüb..
"Donald Trampın sağ-salamat olduğunu öyrənməyə şadam və ona tezliklə sağalmasını arzulayıram. Həmçinin bu hücumun qurbanı olan mitinq iştirakçısının yaxınlarına başsağlığı verirəm", - Zelenski yazıb.
O əlavə edib ki, bu cür zorakılığın heç bir əsası yoxdur və "dünyanın heç bir yerində yer olmamalıdır".
Xatırladaq ki , ABŞ-da seçkiqabağı mitinqdə atışma olub və Donald Tramp yaralanıb.
Siyasətçinin çıxışı zamanı tribunalardan bir neçə yüksək səs eşidilib. Şahidlərin sözlərinə görə, onlar atışmalara bənzəyirdi, bundan sonra Tramp yıxılıb. Onu dərhal mühafizəçilər örtdülər və Tramp ayağa qalxanda üzünün qanlı olduğu görünürdü. Xüsusi xidmət orqanları Trampa hücum edən şəxsi zərərsizləşdirib . Federal Təhqiqatlar Bürosu (FBI) bu hadisəni qətl adlandırıb .