Zelenski rusiyalı jurnalistin suallarına qulaq asmadı- Video

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda rusiyalı jurnalistin suallarını cavablandırmaqdan imtina edib.

Məsələ ilə bağlı görüntüləri jurnalist və “Rossiya” telekanalının Nyu Yorkdakı bürosunun rəhbəri Valentin Boqdanov teleqram kanalında yayımlayıb.

“Rusiya ilə niyə danışıqlar aparmaq istəmirsiniz? Əlaqə saxlamaq və ya zəng etməkdə problem nədir?”, - deyə jurnalist soruşub. Lakin Zelenskinin mühafizəçiləri onu uzaqlaşdırıb.

Xatırladaq ki, Zelenski sentyabrın 24-də BMT Təhlükəsizlik Şurasında çıxış edib.