"Qərb Gürcüstandakı vəziyyətə və Rusiyanın bu dövlət üzərində nəzarəti bərqərar etmək səylərinə kifayət qədər qəti reaksiya verməyib".
Bizimxeber.az bildirir ki, Ukrayna prezidenti Vladimir Zelenski CBN telekanalına müsahibəsində deyib.
Dövlət başçısı Ukraynanın itirilməsinin dünyanın digər yerlərində - həm Avropada, həm də ondan kənarda “müharibə partlayışlarına” səbəb olacağını vurğulayaraq, Gürcüstandakı vəziyyəti nümunə kimi qeyd edib :"Gürcüstandakı vəziyyətlə bağlı bu gün Amerikanın hərəkətləri, zəifdir. Hər şey çox oxşardır. Gürcüstanda bir hissə (Rusiya tərəfindən. - Red.) işğal olunmuşdu. Hazırda həmin ərazi ölüdür vəmüzakirəsi belə aparılmır".
Zelenski əlavə edib ki, Moskva Gürcüstana inkişaf etmək, Avropa İttifaqı və NATO-da olmaq imkanı verməmək üçün belə bilərəkdən dondurulmuş münaqişə yaradıb: "Dünən azad və demokratik olan Gürcüstanda bu gün oliqarxlar tərəfindən qəsb edilib.
Bütün hakimiyyət birbaşa Moskva ilə, enerji və s. ilə bağlı olan bizneslərə məxsusdur, gürcü hökumət bu gün tamamilə Rusiya Federasiyasının siyasi rəhbərliyi altındadır: "Amerika Birləşmiş Ştatları indi hansı güclü tədbirləri görüb? Avropa dövlətləri hansı güclü tədbirləri görüblər? Mən bunu görmürəm, açıq deyirəm. Eyni şey Moldovada da olacaq, yüksək risklər var", - Zelenski bildirib.
Xatırladaq ki, noyabrın 28-dən Gürcüstanda “Gürcü arzusu”nun 2029-cu ilə kimi Aİ-yə gedişi dayandırmaq qərarına görə kütləvi etirazlar davam edir.