Ukrayna prezidenti Vladimir Zelenski Macarıstana yeni səfir təyin edib.
Bizimxeber.az bildirir ki, onun ənri ilə Şandor Fedor Fedoroviç Ukraynanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Qeyd edək ki, keçmiş səfir Lyubov Nepopu geri çağırıldıqdan sonra 2022-ci ilin iyulundan bəri Ukraynanın Macarıstanda səfiri yoxdur .
Fyodor Şandorun adı Rusiyanın Ukraynaya hücumundan sonra Ukrayna ordusuna könüllü getməsi və döyüşlərə qatılan tələbələrə mühazirə söyləməsi sayəsində məşhurlaşıb.
Ukraynanın Macarıstana gələcək səfir kimi Şandoru seçməsi barədə ilk dəfə ötən ilin martında KİV yazıb . Daha sonra, avqust ayında Macarıstanın Prezidenti və Xarici İşlər Nazirliyinin rəhbəri onun təyinatını təsdiqləyiblər.
Bu ilin əvvəlində o vaxtkı xarici işlər naziri Dmitri Kuleba Şandorun təyinatının yaxın vaxtlarda baş tutacağını və texniki səbəblərdən gecikdiyini bildirmişdi. Xüsusilə, o, Ukrayna Silahlı Qüvvələrindən istefa verməli idi.