Zelenski Polşa əhalisinə müraciət etdi - "Qorxmayın..."

"Terror təkcə bizim dövlət sərhədlərimizlə məhdudlaşmır. Rusiya raketləri Polşanı vurdu. Ukrayna neçə dəfə deyib ki, terrorçu dövlət bizim ölkə ilə məhdudlaşmayacaq. Rusiya terrorunun daha da irəli getməsi an məsələsidir. Rusiya raketlərinin çata biləcəyi hər kəsi bir o qədər çox təhdid edəcək”.

Bizimxeber.az bildirir ki, bunu Polşa sərhəddinə düşən raketlərdən sonra Polşa xalqına müraciət edən Ukrayna prezidenti Zelenski deyib. 

O vurğulayıb ki, NATO ərazisinə raket zərbələri endirilməsi Rusiyanın kollektiv təhlükəsizliyə raket hücumudur: "Bu, çox əhəmiyyətli eskalasiyadır. Biz hərəkətə keçməliyik", - Ukrayna prezidenti vurğulayıb.

O, Polşa vətəndaşlarına müraciət edərək deyib: "Ukrayna sizi hər zaman dəstəkləyəcək! Azad insanları terror sındırmayacaq! Qorxu olmayanda qələbə mümkündür".

O qeyd edib ki, Rusiya dünyaya qarşı çıxır. "Rusiya bizi və onun çata biləcəyi hər kəsi terror edir. Biz bunu dayandırmaq üçün hər şeyi edəcəyik", - Zelenski çağırıb.