Zelenski Pilotsuz Sistem Qüvvələri yaratdı

Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının "Ukrayna Silahlı Qüvvələrinin strukturunda ayrıca qüvvə növü kimi Pilotsuz Sistemli Qüvvələrin yaradılması haqqında” qərarını təsdiq edib.

Bizimxeber.az bildirir ki, bu barədə Unian-a istinadla xəbər verir. 

Prezidentin 382/2024 saylı Fərmanında deyilir:

"Ukrayna Konstitusiyasının 107-ci maddəsinə uyğun olaraq qərara alıram: Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının 25 iyun 2024-cü il tarixli "Ukrayna Silahlı Qüvvələrinin strukturunda ayrıca qüvvə növü kimi Pilotsuz Sistemli Qoşunların yaradılması haqqında” qərarı qüvvəyə minsin (əlavə olunur).

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının bu Fərmanla qüvvəyə minmiş qərarının icrasına nəzarət Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibinə həvalə edilsin.

Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir”.

Xatırladaq ki, 2024-cü il fevralın 6-da prezident Vladimir Zelenski Nazirlər Kabinetinə Ukrayna Silahlı Qüvvələrində pilotsuz sistemli qüvvələrin yaradılması barədə göstəriş verib.