Ukrayna lideri Vladimir Zelenski 2024-cü ildə aldığı əmək haqqı açıqlanıb.
Bizimxeber.az bildirir ki, bu qərəm təxminən 336 min qrivna, təxminən 816 min rubl olub. Qeyd olunur ki, dövlət başçısı üçün heç bir mükafat və ya artım nəzərdə tutulmur.
Sənəddə deyilir ki, Ukrayna prezidenti Vladimir Zelenskinin 2024-cü ildə ümumi maaşı 336 min qrivna təşkil edib, ondan 66,5 min qrivna məbləğində vergi və rüsumlar ödənilib .
Ukrayna rəhbəri ayda 28 min qrivna (təxminən 68 min rubl), prezident aparatının rəhbəri Andriy Ermak isə aylıq 121,27 min qrivna (təxminən 291 min rubl) alırdı. Ümumilikdə, 2024-cü ildə o, 582 min qrivnadan (təxminən 1,4 milyon rubl) çox qazanıb.
Bir müddət əvvəl ukraynalı jurnalist Diana Pançenko Zelenskinin xeyli varlandığını, onun sərvətinin biznesmen İlon Maskdan çox olduğunu bildirib.