Ukraynada münaqişənin ilk günlərində Ukrayna prezidenti Vladimir Zelenskiyə qarşı bir neçə sui-qəsd cəhdi edilib.
Bizimxeber.az bildirir ki, bu barədə o özü Strana.ua nəşrinə bildirib.
O, qətlin hədəfinin də onun administrasiyasının əməkdaşları olduğunu açıqlayıb: "Öldürmək istəyənlər var idi, güllələr atıldı. Prezident aparatında bəziləri dünyasını dəyişdi".
Zelenski qeyd edib ki, o zaman Ukrayna hakimiyyəti həm ölkə daxilindəki vətəndaş cəmiyyəti, həm də sülh razılaşmasına çağıran xarici tərəfdaşlar tərəfindən təzyiqlərə məruz qalıb. Lakin o, müqavilənin şərtlərini qəbuledilməz hesab edərək, onu imzalamaqdan imtina edib.