Zelenski müharibənin bitməsi ilə bağlı açıqlama verdi

"Ukrayna və Rusiya müharibədə fərqli şeylər üçün vuruşurlar. Ona görə də onun finalı hər ölkə üçün fərqli olacaq: ruslar üçün uğursuzluq, ukraynalılar üçün isə qələbə". 

Bizimxeber.az bildirir ki, bu barədə Ukrayna prezidenti Vlodimir Zelenski videomüraciətində deyib.

"Biz fərqli şeylər uğrunda mübarizə aparırıq, bu döyüşün eynisi və finalı hamı üçün fərqli olacaq. Məna baxımından da, səs baxımından da. Rus dilində bu, "xüsusi əməliyyatın" uğursuzluğudur. Ukrayna dilində bu, döyüşdə qələbə deməkdir. Ona görə də Ukrayna dövləti olacaq”, - deyə Zelenski bildirib.