Zelenski Londonda kral III Çarlzla görüşəcək

Prezident Vladimir Zelenski Böyük Britaniyada səfərdədir. Zelenskinin ölkənin baş naziri Keir Starmerlə görüşdən əlavə, kral III Çarlzla da görüşü planlaşdırılır.

Bizimxeber.az bildirir ki, bu barədə jurnalistlərə prezidentin mətbuat katibi Serhiy Nikiforov bildirib.

"Sabah bir sıra ikitərəfli görüşlər, xüsusən Kral III Çarlzla və Ukraynaya dəstək üzrə Avropa liderlərinin faktiki görüşü olacaq", - dövlət başçısının sözçüsü bildirib.