Zelenski G20 sammitinə dəvət olundu

G20-nin rəhbəri olan İndoneziya prezidenti Coko Vidodo Ukrayna lideri Vladimir Zelenskini G20 sammitinə dəvət edib.

Bizimxeber.az bildirir ki, bu barədə Zelenski Tvitter hesabında özü məlumat verib.

"Mən İndoneziya prezidenti Coko Vidodo ilə danışıqlar apardım. Ona suverenlik və ərazi bütövlüyünü dəstəklədiyinə, xüsusən də BMT-də aydın mövqeyə görə təşəkkür etdim. Biz ərzaq təhlükəsizliyi məsələlərini müzakirə etdik. G20 sammitində iştirak etmək dəvətinə görə minnətdaram".

Coko Vidodo G20-nin hazırkı rəhbəridir. G20 ölkələrindən biri də Rusiyadır.

G20 Liderlərinin Toplantısı 15-16 noyabr tarixlərində Balidə baş tutacaq.