Ukrayna prezidenti Vladimir Zelenski Donetsk vilayətinin Baxmut şəhərinə gəlib.
Bizimxeber.az bildirir ki, dövlət başçısının səfəri barədə məlumat verilməyib.
Qeyd edək ki, bu, ayın əvvəlindən bu, Zelenskinin Donbasın Ukraynanın nəzarətindəki hissələrinə ikinci səfəridir. Dekabrın 6-da prezident Slavyanska , noyabrın 14-də isə rus qoşunlarının bir neçə gün əvvəl tərk etdiyi Xersona səfər edib.
Baxmut 1924-cü ildən 2016-cı ilə qədər Artemovsk adlanırdı. Şəhər Baxmut çayı üzərində, Donetskdən 89 kilometr şimal-şərqdə yerləşir.
Baxmutda hərbi əməliyyatların əvvəlində 70 mindən çox insan yaşayırdı, hazırda onların demək olar ki, hamısı təxliyə edilib. 2015-ci ildən şəhərin ətrafında müdafiə tikililəri tikilərək onu faktiki olaraq qalaya çevirib. Baxmutda beş aylıq döyüşlərdən sonra, demək olar ki, bütöv bir bina qalmayıb, su, qaz və istilik yoxdur.