Zelenski daha bir ciddi kadr dəyişikliyi etdi

Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası (MDŞ) katibinin birinci müavini Ruslan Demçenkonu vəzifəsindən azad edib.

Bizimxeber.az bildirir ki, bu barədə RBC-Ukrayna prezidentin müvafiq fərmanına istinadən xəbər yayıb.

Ruslan Demçenko - Ukraynanın fövqəladə və səlahiyyətli səfiri olub. O, Ukrayna xarici işlər nazirinin birinci müavini, Ukraynanın Serbiya və Monteneqrodakı səfiri, Ukraynanın İstanbuldakı baş konsulu vəzifələrində çalışıb.

O, 2020-ci il iyunun 16-da Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin birinci müavini vəzifəsinə təyin edilib.

Xatırladaq ki, Dövlət İstintaq Bürosu dövlətə xəyanətdə şübhəli bilindiyini Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş katibinin müavini Vladimir Sivkoviçə bildirmişdi.