Zelenski bu ölkələrdəki səfirləri geri çağırdı

Ukrayna Prezidenti Volodimir Zelenski 5 ölkədəki səfiri geri çağırıb. 

Zelenski Ukraynanın İran İslam Respublikası, Gürcüstan, Slovakiya, Portuqaliya və Livandakı fövqəladə və səlahiyyətli səfirlərini geri çağırıb.

Belə ki, bununla bağlı bir sıra müvafiq fərmanlar Ukrayna dövlət başçısının rəsmi saytında dərc olunub.