Zelenski bu gün Ukraynaya atılan raketlərin sayını açıqladı

Oktyabrın 22-də Ukraynanın dinc yaşayış məntəqələrinə rus hərbçiləri kütləvi hücum zamanı 36 raket atıblar. 

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski teleqram hesabında paylaşıb.

"Rusiya qoşunları ölkəmizi təhdid etməkdə davam edir. Gecədən başlayaraq, düşmən böyük hücuma keçdi: 36 raketin əksəriyyəti vuruldu. Buna görə bütün hava hücumundan müdafiə xidmətlərinə təşəkkür edirəm. İndi infrastrukturumuzu bərpa edirik”, - deyə Zelenski yazıb.