Zelenski böyük əks hücum planı hazırlayır - Milyondan çox əsgər...

Ukrayna prezidenti Vladimir Zelenski böyük hücuma hazırlaşmaq üçün ölkədə səfərbərliyi gücləndirir.

Bizimxeber.az bildirir ki, bu barədə ukraynalı jurnalist Diana Pançenko X sosial şəbəkəsindəki səhifəsində yazıb: "Zelenski genişmiqyaslı hücuma hazırlaşır. Xarkovda hərbi komissarlar gecələr evlərin qıfıllarını sındırır və kişiləri birbaşa çarpayılarından qaçırırlar. Zelenski hər şeyə gedir ”, – o yazıb.

Bu arada Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski təsdiqləyib ki, Ukrayna ordusu yeni əks-hücum təşkil edə bilər. Bunun üçün orduya ən azı  1,8 milyon insan lazımdır. O, hücumun uğurlu olması üçün Kiyevin düşməndən üç dəfə çox əsgərə sahib olmasının vacibliyini vurğulayıb.