Zelenski: Biz istərdik ki, Polşa öz MiQ-larını təhvil versin

Vladimir Zelenski sovet model qırıcılarının, xüsusən də MiQ-nun təhvil verilməsi üçün Polşanın razılığını almaq istədiyini bildirib.

O, bunu “Ukrayna 2024. Müstəqillik” forumunda deyib. 

O, Polşanın MiQ qırıcılarının transferinin Ukrayna üçün nə üçün faydalı olacağını da açıqlayıb. “Bizə həqiqətən sizin MiQ-larınız lazımdır, çünki onların yaxşı avionikası var və biz pilot hazırlığına vaxt itirməyəcəyik”, - deyə Zelenski bildirib.

O qeyd edib ki , bu məsələni prezident Anjey Duda və baş nazir Donald Tusk ilə söhbətlərində qaldırıb. “Lakin hələ də müsbət həll yolu yoxdur”, - deyə prezident yekunlaşdırıb.