Ukrayna prezidenti Vladimir Zelenski prezident Donald Tramp və vitse-prezident J.D.Venslə mübahisə etdikdən və ABŞ prezidentinin Ukrayna prezidentinin sülhə hazır olmadığını deməsindən sonra Ağ Evi tərk edib.
Bizimxeber.az bildirir ki, bu barədə “Reuters” Ağ Ev rəsmisinə istinadən məlumat yayıb. CNN Ağ Ev rəsmisinə istinadən xəbər verir ki, Ukrayna və ABŞ prezidentləri arasında keçiriləcək mətbuat konfransı ləğv edilib.