Zelenski - "ABŞ-ın atəşkəs təklifi bütün cəbhə xəttinə şamil olunacaq"

Ukrayna prezident Volodimir Zelenski ABŞ-ın 30 gün ərzində tam atəşkəs yaratmağa çalışmaq təklifi ilə bağlı təfərrüatları bölüşüb.

Bizimxeber.az bildirir ki, o, bu barədə videomüraciətində bildirib.

Zelenski deyib ki, Amerika və Ukrayna nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında görüşü zamanı Amerika tərəfi “dərhal” ilk addımı atmağı və 30 gün ərzində tam atəşkəs yaratmağa çalışmağı təklif edib. Onun sözlərinə görə, bu, “təkcə Qara dənizdə deyil, həm də bütün cəbhə xətti boyunca raketlərə, pilotsuz təyyarələrə və bombalara şamil ediləcək”. 

"Ukrayna bu təklifi qəbul edir, biz bunu müsbət hesab edirik, belə bir addım atmağa hazırıq", - o vurğulayıb. Ukrayna prezidenti deyib ki, Amerika Birləşmiş Ştatları Rusiyanı buna inandırmalıdır. “Yəni, biz razıyıq və əgər “ruslar” razılaşarsa, o an sükut qüvvəyə minəcək”, - Ukrayna prezidenti qeyd edib.

Zelenski həmçinin qeyd edib ki, söhbətin mühüm elementi Amerikanın Ukraynaya müdafiə yardımını, o cümlədən kəşfiyyat yardımını bərpa etməyə hazır olmasıdır. 

"Ukrayna sülhə hazırdır. Rusiya müharibəni dayandırmağa və ya müharibəni davam etdirməyə hazır olduğunu nümayiş etdirməlidir", - o əlavə edib.