"Ermənistanın Aİİ-dən çıxacağı təqdirdə ixrac 80% azalacaq və hətta orta müddətli perspektivdə itkiləri alternativ istiqamətlərlə əvəz etmək mümkün olmayacaq".
Bizimxeber.az bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
Onun sözlərinə görə, Ermənistan tərəfinin rəsmi statistikasına əsasən, 2015-ci ildən başlayaraq, Ermənistandan ixrac əsasən Rusiya istiqaməti hesabına 10 dəfə artıb. Təkcə Rusiya ilə ticarət dövriyyəsi ötən il 12 milyard dollara yaxınlaşıb: "2023-cü ildə Rusiya ilə ticarət dövriyyəsi 3,4 milyard dollara çatıb. Və bunlar paylama materialları deyil, "ağanın çiynindən" humanitar yardım deyil, erməni istehsalçılarının vicdanla qazandıqları pullardır. Bu, Ermənistan iqtisadiyyatının inkişafı üçün stimuldur", - Zaxarova vurğuladı.
O, əlavə edib ki, rəsmi İrəvanın öz xarici siyasət vektorunu müstəqil müəyyənləşdirmək hüququ var - bu, suveren dövlətin hüququdur, lakin o, həddindən artıq siyasiləşdirmədən və "ağ-qara"ya bölünmədən belə qərarların praktiki tərəfini nəzərdən keçirməyə çağırıb.
Zaxarova həmçinin xatırladıb ki, 2024-cü ildə Ermənistanın Aİ və ABŞ ilə ticarəti əhəmiyyətli dərəcədə azalıb və Rusiya ilə ticarət dövriyyəsindən təxminən 6 dəfə az olaraq qalır.