Zaur Mirzəzadə azadlığa buraxıldı

1 ilə yaxındır həbsdə olan Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri​ Zaur Mirzəzadə azadlığa buraxılıb. Bu barədə onun vəkili Kamran Musayev məlumat verib. 

Müdafiəçi bildirib ki, bu gün Bakı Apellyasiya məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən iclasda hökm dəyişdirilib.

Zaur Mirzəzadəyə bəraət verilib və o məhkəmə zalından birbaşa azad edilib.