Rusiya hava bombalarının Zaporojyeyə təşkil etdiyi hücum nəticəsində yaralananların sayı 113 nəfərə yüksəlib. 59 yaralı xəstəxanalara çatdırılıb, onlardan 10-un vəziyyəti ağırdır.
Bizimxeber.az bildirir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Daha 13 nəfərin öldüyü bildirilir.
Sosial şəbəkələrdə hücumun nəticələrini, o cümlədən ölən və yaralananları, inzibati binada baş verən yanğını əks etdirən foto və video materiallar yayılıb.
Videonu Ukrayna prezidenti Vladimir Zelenski də yayımlayıb. “Adi mülki əhalinin zərər görəcəyini bilə-bilə bir şəhəri bombalamaqdan daha qəddar bir şey yoxdur” deyə prezident yazıb.
Zaporojyada matəm elan edilib.