Zaporojye AES yaxınlığında üç partlayış olub 

“Zaporijjya Atom Elektrik Stansiyasının (ZNPP) yaxınlığında üç mina partlamasına heyvanlar səbəb olub”. Bizimxeber.az bilsdirir ki, bu barədə "RİA Novosti" agentliyə məlumat verib.

Partlayışların stansiyaya ciddi ziyan vurub-vurmadığı dəqiqləşdirilir.

Agentlik buna baxmayaraq, obyektdə nüvə fəlakəti risklərinin qaldığını vurğulayıb.

Bu arada MAQATE-nin baş direktoru Rafael Qrossi bildirmişdi ki, o, Rosatomun rəhbəri Aleksey Lixaçevlə Zaporojye atom elektrik stansiyasının ətrafında təhlükəsizlik zonasının yaradılması mövzusunda danışıqlar aparıb.