Zaporojye AES-də təhlükə yaranıb - Ruslar soyuducu hovuzları boşaldır

Ruslar işğal etdiyi Zaporojye AES-in işçilərini atom elektrik stansiyasının soyuducu hovuzlarını qurutmağa məcbur edirlər.

Bizimxeber.az bildirir ki, bu barədə “Energoatom”un mətbuat xidməti məlumat yayıb.

"Nüvə terroru aktlarının törədilməsinə görə, məsuliyyətdən azad olmaq üçün ruslar ukraynalı nüvə alimlərinə qarşı zor tətbiq edirlər. Onlar stansiyanın hidrotexniki idarəsinin işçilərini zorakılıq və işgəncələrdən istifadə edərək, günahı öz üzərlərinə götürmələrini məcbur edirlər.

Qeyd olunur ki, işğalçılar iyunun 29-da çoxsaylı xəsarətlərlə Enerqodar xəstəxanasına çatdırılan ZNPP dalğıcı Andrey Qonçaruku bərk döyüblər.