Zambiya Sülh Sammitinin kommünikesinə qoşuldu

Zambiya İsveçrədə keçirilən Sülh Sammitinin kommünikesinə qoşulub.

Bizimxeber.az bildirir ki, Zelenski Zambiyaya davamlı, hərtərəfli və ədalətli sülhə nail olmaq üçün səyləri dəstəklədiyinə görə təşəkkür edib.

“Sülh Sammitinə və onun yekun Kommunikesinə bütün qitələrdən, o cümlədən Afrikadan artan dəstək var"-deyə Zelenski bildirib: "Biz Zambiyanın digər Afrika ölkələri ilə birlikdə BMT Nizamnaməsi, sülh və tərəqqi lehinə aydın mövqe tutmasını qiymətləndiririk. Sülh Formulu hər bir ölkənin öz sözünü deyə biləcəyi və ümumi məqsədlərə nail olmağa töhfə verə biləcəyi əhatəli formatdır".

O, bütün sülhsevər ölkələri kommunikeyə qoşulmağa və Sülh Formulasını həyata keçirməyə çağırıb.

İlkin olaraq yekun sənəd 80 ölkə və dörd təşkilat tərəfindən dəstəkləndi. Daha sonra üç ölkə imzalarını geri götürdü, lakin Antiqua və Barbuda, Amerika Dövlətləri Təşkilatı və Ekumenik Patriarxlıq qoşuldu.