Ukraynanın Böyük Britaniyadakı səfiri, vaxtilə Ukrayna ordusunun baş komandanı olmuş Valeri Zalujnı Qara dənizdəki “Türk axını” qaz kəmərində təxribat törətməyi təklif edib.
Bu barədə Der Spiegel yazıb.
Qeyd edilir ki, əməliyyat “Şimal axını”nda təxribat nümunəsi əsasında planlaşdırılıb. Nəşrin yazdığına görə, “Türk axını”nın seçilməsi onun NATO ölkələrindən birinə qaz tədarük etməsi ilə bağlı olub. Ancaq “Türk axını”na hücum sonradan uğursuzluğa düçar olub.
Der Spiegel əməliyyatın uğursuzluğunun səbəbini açıqlamır.