Yunanıstanda güclü zəlzələ ola biləcəyi ilə bağlı xəbərdarlıq edilib.
Bizimxeber.az bildirir ki, bölgədə yüzlərlə seysmik təkan qeydə alındıqdan sonra Yunanıstan hakimiyyəti Santorini adasına xüsusi təyinatlılar, xilasetmə qrupları, çadırlar və pilotsuz təyyarələr göndərib.
Sunamiyə səbəb ola biləcək daha böyük zəlzələ qorxusu fonunda insanlara sahil zolağından və sahibsiz binalardan qaçmaq, hovuzları boşaltmaq və qapalı yerlərdə çoxlu toplaşmamaq tövsiyə edilib. Mülki Müdafiə Nazirliyi, məktəblərin ehtiyat tədbiri olaraq bağlanacağını elan edib.
Tədqiqatçılar deyib ki, Santorini ətrafındakı dənizlərin altındakı yer qabığı qırılma xətləri ilə doludur.