Qayıqlarla sərhədi keçmək istəyən onlarla miqrantın cəsədləri Yunanıstan adası yaxınlığında tapılıb.
Bizimxeber.az “Reuters”ə istinadən bildirir ki, Rodos adasının yaxınlığında fövqəladə hallar işçiləri qayığın təhlükəli manevrlər etməsi nəticəsində dənizə düşən 8 miqrantın cəsədini aşkar ediblər.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, yanvar-oktyabr aylarında Yunanıstana 48 mindən çox miqrant gəlib ki, bu da Cənubi Avropada İtaliyadan sonra ikinci ən yüksək göstəricidir.
Yunanıstan qonşu Türkiyədən artan miqrant gəlişinin öhdəsindən gəlmək üçün Rodosda miqrantların saxlanması mərkəzi yaratmağı düşünür.