Yoluxanların sayı nə qədərdir?

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1 924 yeni yoluxma faktı qeydə alınıb, 1 873 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 23 nəfər COVID-19-dan dünyasını dəyişib.