Yoldakı qəza içməli suya təsir edəcək?

Kür-Bakı magistral magistral su kəmərində baş vermiş qəza əhalinin içməli su təminatında problemlərə səbəb olmayıb. Kür sutəmziləyici qurğular kompleksindən şəhərə suyun verilməsi 2 magistral kəmərlə həyata keçirilir. Hazırda abonentlərin içməli su təchizatı digər kəmərlə aparılır. 

Bu barədə “Azərsu” ASC-dən daxil olan məlumatda bildirilir.

Məlumatda qeyd olunub ki, Bakı şəhərini içməli si ilə təmin edən Kür-Bakı magistral su kəmərlərindən birində gecə saatlarında baş vermiş qəza nəticəsində (Qaradağ rayonu Qaz Emalı Zavodunun yaxınlığı) ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını subasma halı baş verib.

“Əraziyə xüsusi texnika, maşın-mexanizm, suyu kənarlaşdırmaq üçün nasoslar, qəza briqadalarə cəlb olunub, lazımi tədbirlər görülür. Bakı-Qazax avtomagistralında hərəkətin tam bərpa olunması üçün Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi," Azərsu" tərəfindən lazımi tədbirlər görür”, - deyə məlumatda bildirilib.