Yola bitum dağıldı, 6 maşın toqquşdu - Fotolar

Bu gün səhər saatlarında Bakı şəhər Binəqədi rayonu ərazisində zəncirvari yol qəzası baş verib.

Kənar Dairəvi yoldan Biləcəriyə düşən enişli yolda bitumdaşıyan yük maşınında sızma baş verib. Nəticədə yolun hərəkət hissəsinə sürüşkən neft məhsulu olan bitum tökülüb. Enişli yolla hərəkətdə olan avtomobillər oradan keçərkən qəzaya düşüb.

Hadisə zamanı ümumilikdə 6 maşına və bir iritutumlu avtobusa ziyan dəyib.

Əraziyə hərəkəti tənzimləmək üçün DYP əməkdaşları cəlb edilib.